Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN diplomatlarını Ukraynadan çıxarması barədə məlumatlara münasibət bildirib
Tarix: 12-02-2022 | Saat: 14:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya Xarici İşlər Nazirliyi: "ABŞ sanksiyalar üçün bəhanə axtarır"

Rusiya Xarici İşlər Nazirliyi diplomatlarını Ukraynadan çıxarmağa başlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib:

“Yadınızdadırsa, rus diplomatlarının guya “evakuasiyası” ilə bağlı şayiələr bir sıra Qərb nəşrlərində, xüsusən də “The New York Times” qəzetində, təxminən bir ay əvvəl Pravoslav Milad bayramları zamanı, Ukraynadakı Rusiya diplomatlarının bir neçə uşağının nənə və babalarını ziyarət etmək üçün getdiyi vaxtlarda yer almışdı. İndi anladığımız kimi, bu yayılan məlumatların məqsədi ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələrin diplomatları və onların ailələrinin Ukraynadakı səfirliklərindən evakuasiyaya başlaması üçün məlumat örtüyü yaratmaq idi. Dünən İsrail evakuasiya elan edib. Vaşinqton və Londonun Kiyevə əhəmiyyətli təsirini və ümumilikdə onların Ukraynadakı proseslərin idarə olunmasındakı rolunu nəzərə alsaq, belə qənaətə gəlirik ki, amerikalı və britaniyalı həmkarlarımız yəqin ki, Ukraynada təhlükəsizlik sahəsində vəziyyəti xeyli çətinləşdirə biləcək silahlı aksiyalara hazırlıq barədə məlumatlıdırlar. Bu vəziyyətdə, Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, biz faktiki olaraq Ukraynadakı Rusiyanın xarici nümayəndəliklərinin işçi ştatını bir qədər optimallaşdırmaq qərarına gəldik".

Diqqətə çatdırılıb ki, səfirlik və konsulluqlar öz əsas funksiyalarını yerinə yetirməyə davam edəcəklər.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər