Saytımızı qiymətləndirin


 
 

Qəbristanlıqdan 3 minlik OĞURLUQ
Tarix: 12-02-2022 | Saat: 12:16
Bölmə:Karusel / Kriminal | çapa göndər

Qəbristanlıqdan oğurluq edənlər tutuldular

Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılıblar.


Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.



Xəbəri paylaş

293 dəfə oxunub.

Digər xəbərlər