Saytımızı qiymətləndirin


 
 

Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
Tarix: 12-02-2022 | Saat: 09:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, rayon sakinləri Rinat Zamanov və Tural Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub. Buna baxmayaraq həmin şəxslərin yaşadıqları ünvanları tərk etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları müəyyən edilib. Onlar polis əməkdaşları tərəfindən evlərinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Hər iki şəxs barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər