Saytımızı qiymətləndirin


 
 

Almaniya liderliyini qoruyur - “Pekin-2022”
Tarix: 12-02-2022 | Saat: 00:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Almaniya liderliyini qoruyur -“Pekin-2022”

Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında Almaniya yığması liderliyini davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, Olimpiadanın arxada qalan səkkiz gününün nəticələrinə əsasən, Almaniya yığmasının hesabında 7 qızıl və 4 gümüş medal var. İlk beşlikdə, Norveç (6 qızıl, 3 gümüş, 5 bürünc medal), Niderland (5, 4, 1), İsveç (5, 2, 2) və Avstriya (4, 6, 4) yığmaları yer alır.

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında yeddinci yerdə gedir. Çin yığması hesabına hələlik 3 qızıl, 3 gümüş və 1 bürünc medal yazdıra bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər
21-11-2021, 11:16 HƏMAS-dan İran etirafı