Saytımızı qiymətləndirin


 
 

9 saatlıq görüş nəticəsiz bitib - KOZAK
Tarix: 11-02-2022 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin xarici siyasət müşavirləri Ukrayna məsələsi ilə əlaqədar Almaniyanın paytaxtı Berlində bir araya gəlib.

 

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, Kremlin inzibati işlər üzrə rəhbərinin müavini Dmitri Kozak, Almaniya kansleri Olaf Şolsun xarici siyasət müşaviri Yens Plötner, Fransa prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bonn və Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak arasında bağlı qapılar arxasında 9 saatlıq görüş keçirilib.

 

Rusiya nümayəndəsi Dmitri Kozak tərəflər arasında razılığın əldə olunmadığını bəyan edib. 

 

"Təəssüf ki, 9 saata yaxın davam edən danışıqlar nəzərəçarpacaq nəticələr olmadan başa çatıb", - deyə Kozak bildirib.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər
16-01-2024, 11:54 Prezident Lənkərana getdi