Saytımızı qiymətləndirin


 
 

Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq
Tarix: 11-02-2022 | Saat: 13:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq

Azərbaycan Respublikasının Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik edilir.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə ediləcək.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının normativ xarakterli aktları sırasına Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları əlavə edilir. Bundan əvvəl, bu sırada Milli Televiziya və Radio Şurasının qərarları yer alırdı.

Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilir. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir.

Qeyd edək ki, “Media haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılması zərurəti yaranıb.(Apa)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər