Saytımızı qiymətləndirin


 
 

Avropa Məhkəməsi Cahangir Hacıyevin xeyrinə qərar çıxartdı
Tarix: 11-02-2022 | Saat: 08:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

 

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq bankın keçmiş rəhbəri külli miqdarda ziyan vurmaqla dələduzluq, mənimsəmə və israfçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda təqsirli bilinib.(virtualaz.org)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər