Saytımızı qiymətləndirin


 
 

Ombudsman Malıbəyli və Quşçular kəndlərindəki qətliamlarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Tarix: 10-02-2022 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ombudsman Malıbəyli və Quşçular kəndlərindəki qətliamlarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamların 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Qarabaginfo.az-ın xəbərinə görə, çağırışda deyilir:

"Tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olmuşdur.

İnsanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olmuşdur. 10-12 fevral 1992-ci il tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırım cinayəti törədərək, içərisində uşaq, qadın və ahıl insanlar olmaqla 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb.

Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər.

İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək". 



Xəbəri paylaş

235 dəfə oxunub.

Digər xəbərlər