Saytımızı qiymətləndirin


 
 

Bill Qeyts pandemiya haqqında kitab yazıb
Tarix: 09-02-2022 | Saat: 07:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Bill Qeyts

 

Bill Qeyts pandemiyanın qarşısının alınması haqqında kitab yazıb

“Microsoft”un yaradıcısı Bill Qeyts “Növbəti Pandemiyanın qarşısını necə almalı” adlı kitab yazıb.

Qarabaginfo.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə milyarder öz saytında yazıb.

Onun fikrincə, koronavirus pandemiyası bəşəriyyət üçün sonuncu ola bilər. Qeyts kitabında gələcəkdə oxşar qlobal hadisələrin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün olan addımlardan söz açıb.

Kitabın mayın 3-də nəşr olunacağı gözlənilir.

Xatırladaq ki, “Microsoft”un qurucusu ötən il ümid etdiyini bildirmişdir ki, pandemiyanın kəskin fazası 2022-ci ildə sona çatacaq.(Apa)



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər