Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bankınin vəsait cəlb etməsi dövlət borcu hesab edilməyəcək
Tarix: 07-02-2022 | Saat: 19:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondunun investisiya cəlb edilməsi dövlətin daxili və xarici borclanması hesab edilməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilib.

Fərmana əsasən qaydalara bir sıra dəyişikliklər edilib.

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.2.-ci bəndinə edilmiş dəyişiklikdən sonra həmin bənd belə olacaq:

“Bu Qayda Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur”.

Qaydaya əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər. Dəyişikliyə əsasən, bu müddət dekabrın 1-nə keçirilib.

İndiyədək Nazirlər Kabineti Azərbaycan Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edirdi, indi isə bu tarix fevralın 1-nə keçirilib.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər