Saytımızı qiymətləndirin


 
 

Albaniyanın keçmiş daxili işlər naziri azadlıqdan məhrum edilib
Tarix: 06-02-2022 | Saat: 08:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Saimir Tahiri

 

Albaniyanın keçmiş daxili işlər naziri Saimir Tahiri 3 il 4 ay azadlıqdan məhrum edilib.

Qarabaginfo.az xəbər verir ki, keçmiş nazir vəzifə səlahiyyətlərini aşmaqda və narkotik ticarətindən pay almaqda ittiham edilir.

2017-ci ildən vəzifəsindən uzaqlaşdırılan nazirə 2019-cu ildə ittiham irəli sürülsə də, faktı sübuta yetirmək mümkün olmamışdı. Sonradan onun əmisi uşaqları İtaliyada həbs edildikdən sonra nazirin köməyindən istifadə etdiklərini bildiriblər.

Keçmiş nazir məhkəmə zalında həbs edilərək Tirana həbsxanasına aparılıb.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər