Saytımızı qiymətləndirin


 
 

"Azərsu": "Abunəçilərimizin 70 %-i Bakı və onun ətrafındadır"
Tarix: 05-02-2022 | Saat: 12:57
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azərsu: Abunəçilərimizin 70 %-i Bakı və onun ətrafındadır

Bu il yanvarın 1-nə "Azərsu" ASC-nin 1,682 milyon abunəçisi olub ki, bunun da 1,166 milyonu və yaxud 69,3 %-i Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, 516 min isə regionların payına düşüb.

Məlumatda həmçinin deyilir ki, hazırda səhmdar cəmiyyəti ölkənin şəhər və rayon mərkəzləri ilə yanaşı 1 100-dən çox kənd və qəsəbəyə xidmət göstərir.

Ötən il qurumun abunəçilərinin sayı 4,6 % artıb. O cümlədən əhali abunəçilərinin sayı 4,6 % və yaxud 71 min artaraq 1,617 milyona, qeyri-əhali abunəçilərinin sayı isə 4,9 % və yaxud 3 min artaraq 65 minə çatıb.

Xatırladaq ki, “Azərsu” ölkə prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara tullantı sularının axıdılması xidmətləri göstərən dövlət qurumudur.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər