Saytımızı qiymətləndirin


 
 

Pirallahı Sənaye Parkına 37 milyon manata yaxın investisiya yatırılıb
Tarix: 04-02-2022 | Saat: 15:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Pirallahı Sənaye Parkına 37 milyon manata yaxın investisiya yatırılıb

İndiyə qədər İqtisadiyyat Nazirliyinin Pirallahı Sənaye Parkına 36,7 milyon manat investisiya yatırılıb, 100-dən çox daimi iş yeri yaradılıb.

Qarabaginfo.az nazirliyin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev bildirib.

O, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Çuniçi Vada və səfirliyin bir qrup əməkdaşı ilə görüşdə danışıb.

E.Nuriyev qeyd edib ki, Park əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb və burada qeydiyyatdan keçmiş 4 rezident müəssisədən 2-si artıq fəaliyyət göstərir. Sədr əvəzi Pirallıda olan qonaqlara ölkədəki sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış şərait, tətbiq edilən güzəştlər, göstərilən xidmətlər barədə məlumat verib.

Azərbaycanla Yaponiya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir yapon iş adamlarının sənaye zonalarına sərmayə qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb. Səfirlik əməkdaşları Pirallahıdakı “Diamed Co” MMC-nin Şpris istehsalı zavodu ilə tanış olub. Qonaqlara istehsal prosesində Yaponiyadan gətirilən xammaldan istifadə olunduğu deyilib. Səfir Yaponiya şirkətlərinin “Diamed Co”, eləcə də digər yerli şirkətlərlə əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər
30-06-2022, 12:58 Sabah 38° isti olacaq