Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Putinin Türkiyəyə səfər tarixi dəqiqləşdirilir”
Tarix: 04-02-2022 | Saat: 14:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ərdoğan: “Putinin Türkiyəyə səfər tarixi dəqiqləşdirilir”

Cənab Putinin Çindən qayıtdıqdan sonra Türkiyəyə səfəri ilə bağlı dəvətimizə müsbət cavab gəldi.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərində geri dönərkən jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, hazırda görüşün dəqiq tarixi təyin edilir. Ərdoğan Putinlə Zelenski arasında Türkiyədə görüş keçiriləcəyinə ümidini ifadə edib.

"Sonra, inşallah, cənab Putin və Zelenskini arasında belə bir görüş təşkil etmək istəyirik. Cənab Zelenski ilə artıq bu məsələdə razılaşmışıq. İnanıram ki, biz buna yüksək səviyyədə nail ola bilsək, əldə edəcəyimiz nəticə regionda yeni imkan formalaşdırmağa verəcək. Bu ümid məndə Zelenski ilə görüş zamanı yarandı. İnşallah sonu yaxşı olar", - deyə o bildirib.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70