Saytımızı qiymətləndirin


 
 

Aİ ölkələrindən biri Ukraynanın NATO Kiber Mərkəzinə qoşulmasını əngəlləyib
Tarix: 04-02-2022 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Aleksey Danilov

 

Avropa İttifaqına (Aİ) üzv ölkələrdən biri Ukraynanın NATO-nun Kiber Təhlükəsizlik sahəsində Əməkdaşlıq Mərkəzinə (NATO Kiber Mərkəz) qoşulmasını əngəlləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "1+1" telekanalının efirində bildirib.

“NATO-nun Kiber Mərkəzi var. Keçən yay biz ora müvafiq sənədləri təqdim etdik, bütün yoxlamalardan keçdik. Orada da, NATO-da olduğu kimi, qərarlar konsensusla qəbul edilir. Beləliklə, Avropa ölkələrindən biri bizim bu qurumda iştirakımıza icazə vermədi”, - o qeyd edib.

Danilov Aİ üzvünün belə bir addımını səmimi olmayan tərəfdaşlıq kimi qiymətləndirdiyini deyib: “Bu, Aİ ölkəsidir, bizim qonşularımızdır. Bizdən imtina etdilər”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70