Saytımızı qiymətləndirin


 
 

“Nikol prezident olmaq istəyir, ancaq seçki ilə yox, fərqli yolla” - Qevondyan Paşinyanı İFŞA ETDİ
Tarix: 03-02-2022 | Saat: 12:00
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistanda iki seçim ola bilər. Lakin indiki baş nazir və komandasının reytinqini nəzərə alsaq, onlar prezident seçkilərinə getməyəcəklər. Çünki onlar mer seçkilərinə belə qorxa-qorxa qoşuldular”.

Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri politoloq Alen Qevondyan səsləndirib:

“Bu qədər pul paylaya, inzibati təzyiq göstərə bilməzlər. Çünki insanların soyuducuları boşalır, sosial problemlər isə nifrət doğurur. Nifrətdən hərəkətə gedən yol isə çox qısadır. Hakimiyyət modelinin dəyişdirilməsinə gəlincə, əminəm ki, Nikol Paşinyan prezident olmaq istəyir, amma fərqli şəkildə, yəni seçkisiz. Paşinyan istəyir ki, onu parlament seçsin. Amma bundan əvvəl konstitusiya referendumu keçirilməli və səlahiyyətlərdə dəyişiklik olmalıdır” – deyə erməni politoloq vurğulayıb.

Qevondyan əlavə edib ki, prezidentin güc və xarici siyasət blokunun rəhbəri olması konstitusiyada əksini tapmalıdır: “Bir növ baş nazir postu yaradacaqlar və iqtisadiyyatın idarəedicisi də məhz o olacaq. Yəni, Ermənistanda parlamentli yarı-prezident modeli olacaq” – Qevondyan fikirlərini tamamlayıb.(konkret.az)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər