Saytımızı qiymətləndirin


 
 

Şəkidə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Tarix: 03-02-2022 | Saat: 10:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Şəkidə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəkidə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Səlahəddin İsmailovun məhkəməsi başlayır.

Bu barədə Qarabaginfo.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin oktyabr ayının 17-də Şəki rayon sakini, 1971-ci il təvəllüdlü Murad Səmədovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Səlahəddin İsmailov qeyd edilən tarixdə saat 19 radələrində Şəki şəhəri, Q.Məmmədli küçəsində biri-birinin avtomobilinə yol verməmək üstündə aralarında yaranan mübahisə zamanı heç bir əsaslı səbəb olmadan bıçaqla Murad Səmədova arvadının gözü qarşısında müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görərək avtomobili onun üzərinə sürüb vurmaqla yenidən xəsarət yetirib.

Səlahəddin İsmailov Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər