Saytımızı qiymətləndirin


 
 

Mahir Emrelinin “Dinamo Zaqreb”ə transferinin qiyməti açıqlanıb
Tarix: 03-02-2022 | Saat: 09:59
Bölmə:Karusel / İdman | çapa göndər

Mahir Emrelinin “Dinamo Zaqreb”ə transferinin qiyməti açıqlanıb


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan Zaqreb “Dinamo”suna transferinin qiyməti bəlli olub.

Bunu Polşa mətbuatı açıqlayıb.

Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.

Məsələ ondadır ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər