Saytımızı qiymətləndirin


 
 

Yevlaxda kasetli bombadan ölən İsmayılın - Fotosu
Tarix: 03-02-2022 | Saat: 09:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yevlaxda kasetli bombadan ölən İsmayılın

 

Xəbər verdiyimiz kimi, ötən gün Yevlaxda hərbi sürsatın partlaması ərazidə qoyun otaran çobanın ölümünə səbəb olub.

Qarabaginfo.az-ın məlumatına görə, Vətən müharibəsi zamanı ermənilərin atdığı kasetli bombanın qalığının partlaması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Kəlbəcərdən keçmiş məcburi köçkün olub.

Ailə üzvləri İsmayılın ölümündən axşam saatlarında xəbər tutub. Belə ki, heyvanlar otlaq sahədən həyətə çobansız qayıdıb. Bunu görən ailə üzvləri əraziyə yollanıb və İsmayılın bədbəxt hadisə nəticəsində öldüyünü görüblər.

Qeyd edək ki, İ.Mikayılov ailəli idi, iki övladı var.

 

 



Xəbəri paylaş

296 dəfə oxunub.

Digər xəbərlər