Saytımızı qiymətləndirin


 
 

Putin və Conson telefonla danışıblar
Tarix: 03-02-2022 | Saat: 00:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniyanın baş naziri Boris Conson və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə rəsmi Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər.

Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb.

Britaniyanın baş naziri Rusiyanın Ukrayna ilə sərhəddəki fəaliyyətindən də “dərin narahatlığını” ifadə edib.

Tərəflər Ukrayna ilə sərhəddə vəziyyətin pisləşməsinin heç kimin marağında olmadığı barədə razılaşıblar.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70