Saytımızı qiymətləndirin


 
 

Oğuzda Gənclər Günü qeyd olunub
Tarix: 02-02-2022 | Saat: 18:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oğuz rayonunda 2 fevral - Gənclər Günü qeyd olunub.

Qarabaginfo.az-ın məlumatına görə, tədbir Oğuz rayon Mədəniyyət mərkəzində keçirilib.

Tədbirdə Vətən Müharibəsi iştirakçıları, gənclər, idarə və müəssisələrin gənc çalışanları iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Oğuz şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mədəniyyət mərkəzində keçirilən tədbir zamanı bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də ciddi dönüş yaradıb.​ Gənclərlə işin sistemli şəkildə təşkil edilməsi, onların demokratik və hüquqi dövlət quruculuğuna cəlb olunması məqsədilə 1994-cü ilin iyul ayında​ Gənclər və idman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də gənclərin I forumu keçirilib və fevralın 2-si “Gənclər günü” elan edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. O da qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunda döyüşən gənclər düşmənə layiqli cavabını verərək işğal altında olan torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdilər.

​Sonda il ərzində fərqlənən rayon gəncləri mükafatlandırılıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər