Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
Tarix: 01-02-2022 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Həsənov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər