Saytımızı qiymətləndirin


 
 

"Legiya" Azərbaycan yığmasından təklif alan futbolçu ilə müqavilə bağlayıb
Tarix: 31-01-2022 | Saat: 21:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Legiya Azərbaycan yığmasından təklif alan futbolçu ilə müqavilə bağlayıb

Polşa "Legiya"sı daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevi heyətinə qatıb.

Qarabaginfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi Jeşuv "Stal"ından transfer etdiyi 19 yaşlı müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Keçidi ilə bağlı təəssüratlarını bölüşən Mustafayev bildirib ki, "Legiya"da oynamaq onun uşaqlıq arzusu olub: "Mən Rusiyada anadan olmuşam. Amma valideynlərim daha sonra Polşaya köçüblər. 10 ildir Varşavada yaşayırıq. "Legiya"nın oyunlarına gedir, tribunadan komandanı dəstəkləyirdim".

Qeyd edək ki, 2019-cu ildən "Stal"da çıxış edən Ramil Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər