Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb
Tarix: 31-01-2022 | Saat: 11:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

2021-ci il ərzində Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 45,3 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qarabaginfo.az-a verilən məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 0,4% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

2021-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 28 ölkəsinə 3 mln. dollar dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 11,4 mln. dolları ilə Fransa, 10,4 mln. dolları ilə ABŞ, 9 mln. dolları ilə Birləşmiş Krallıq, 6,9 mln. dolları ilə Malayziya və 1,9 mln. dolları ilə BƏƏ qərarlaşıb.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70