Saytımızı qiymətləndirin


 
 

Pentaqon KXDR-lə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib
Tarix: 30-01-2022 | Saat: 22:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Pentaqon KXDR-lə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib

ABŞ KXDR ilə ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Biz diplomatik danışıqlara üstünlük vermək fikrimizdə qalırıq. Biz Pxenyana heç bir ilkin şərt olmadan masaya əyləşməyə hazır olduğumuzu bildirmişik”, deyə Kirbi “Fox News”a bildirib.

“Görünür, Kim Çen In başqa yolla getmək istəyir. Lakin biz istər Koreya yarımadası, istərsə də regionda hərbi hazırlığımızdan əmin olmalıyıq”, deyə Pentaqon rəsmisi vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya bazar günü növbəti raket sınağı keçirib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər