Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət mühüm prioritetlərdən biridir
Tarix: 30-01-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev və Mixail Qusman

Biz iştirak etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti çərçivəsində öz milli mənafelərimizi maksimum təmin etmək üçün iştirak edirik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

“Hər bir beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan, bir də hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə də burada bütün ölkələrin mənafelərinin nəzərə alınması vacibdir. Bu səbəbdən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörməti mühüm prioritetlərdən biri hesab edirəm. Azərbaycan qanunun aliliyini və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər