Saytımızı qiymətləndirin


 
 

"Armen Sarkisyan gələcək üçün nəsə planlaşdırır...- O, xaricə köçənə oxşamır..."
Tarix: 29-01-2022 | Saat: 14:35
Bölmə:Karusel / Region | çapa göndər

"Prezident Armen Sarkisyanın istefası müxtəlif çevrələrdə müzakirə olunmaqda davam edir və çoxları onun istefa verdiyini elan edəndən sonra da passivləşmədiyini iddia edirlər. Onun aparatı iki-üç anons yayıb və dünən isə ER prezidenti Ordu Gününə həsr olunmuş mesaj verdi. Təhlilçilər hesab edir ki, Ermənistanı tərk edəcək şəxs özünü bu cür aparmır və bu, Armen Sarkisyanın gələcəklə bağlı planlarının olduğunu sübut edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" qəzeti yazır.

"İstefaya gəlincə, görünür, bu, təkcə Nikol Paşinyan və bütövlükdə cəmiyyət üçün deyil, həm də A.Sarkisyanın qərargahı üçün sürpriz olub. Üstəlik, prezidentə yaxın mənbələrimiz bildirir ki, istefaya getməzdən bir neçə gün əvvəl Armen Sarkisyan aparatla əlaqə saxlayıb, yeni layihə ilə bağlı sənədləri, o cümlədən Avropa konfransına biletləri sifariş edib, ertəsi gün isə zəng edərək dünənki göstərişləri ləğv etməyi tapşırıb. Əməkdaşlar da təəccüblənir və baş verənlərlə bağlı izahat tapa bilmirlər"- deyə erməni qəzeti yazır.(moderator.az)



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70