Saytımızı qiymətləndirin


 
 

Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib
Tarix: 29-01-2022 | Saat: 14:08
Bölmə:Karusel / Kriminal | çapa göndər

Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Obyektin sahibi Elvin Səddarov və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər
29-05-2021, 10:49 AzTV HD yayıma başlayır