Saytımızı qiymətləndirin


 
 

Roma Papası səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb
Tarix: 29-01-2022 | Saat: 08:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Roma Papası səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb
Roma Papası Fransisk

Roma Papası Fransisk səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Papa beynəlxalq media konsorsiumunun nümayəndələri ilə görüşü zamanı bu bəyanatla çıxış edib.

O, informasiya sahəsində saxtakarlıqla mübarizə aparmağı zəruri hesab edib.

Pontifik qeyd edib ki, hazırda pandemiya və infodemiya yayılır, yəni qorxuya əsaslanan reallıq təhrif olunur.

Onun fikrincə, tədqiqatları mütərəqqi olan və xəstəliklərlə effektiv mübarizə aparmağa imkan verən alimlərlə əməkdaşlıq etmək lazımdır:

“Bilik və təcrübə paylaşılmalıdır. Bu, peyvəndlərə də aiddir. Düzgün məlumatlı olmaq, elmi məlumatlara əsaslanmaq gərəkdir”.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər