Saytımızı qiymətləndirin


 
 

İran Prezidenti Rəşt–Astara dəmir yolu layihəsinə baxış keçirib
Tarix: 28-01-2022 | Saat: 14:56
Bölmə:Karusel / Region | çapa göndər

İran Prezidenti Rəşt–Astara dəmir yolu layihəsinə baxış keçirib

“Şimal-Cənub" dəhlizi İran və qonşu ölkələr üçün çox önəmli iqtisadi faydalara sahibdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Gilan əyalətinə səfəri çərçivəsində Rəşt–Astara dəmir yolu layihəsinə baxış keçirərkən deyib.

O qeyd edib ki, Rəşt–Astara dəmir yolu "Şimal–Cənub" tranzit yüklərinin daşınmasında məsafəni 20 gün azaldacaq: “Hökumət bütün gücünü bu layihənin tamamlanmasına səfərbər edəcək. Bu layihə Gilan əyaləti və ölkədə həyata keçirilən ən önəmli milli layihələrdən biridir”.

İ. Rəisi "Şimal–Cənub" dəhlizinin iqtisadi əhəmiyyətindən danışaraq vurğulayıb ki, dəhlizin daha çox çiçəklənməsi üçün gəmilər alınmalı, İranla Avrasiya və Xəzər dənizi ətrafındakı ölkələr arasında ticarət artırılmalıdır.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər