Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına münasibət bildirib
Tarix: 28-01-2022 | Saat: 08:15
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına münasibət bildirib

BMT-nin Təhlükəsizlik Şurası 27 yanvar 2022-ci il tarixli qərarı ilə Kipr adasında yerləşən BMT Sülhməramlı Qüvvələrinin mandatını daha altı ay müddətinə uzadıb.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) sözügedən qərarla bağlı bəyanat yayıb.

Sənəddə qeyd olunub ki, bu qərarın Şimali Kipr Türk Respublikasının (ŞKTR) razılığı olmadan verilməsi BMT-nin qayda və prinsiplərinə ziddir.

‘Biz bundan sonra ŞKTR-ın rəsmiləri tərəfindən atılacaq bütün addımları tam dəstəkləyirik. Təhlükəsizlik Şurasının bir tərəfdən adadakı tərəflərə həll yolu tapmalarına çağırmağı, digər tərəfdən isə əlli ildən çox bir müddətdən sonra nəticəsizliyi sübuta yetirilmiş, tərəflərdən birinin razılığını əks etdirməyən bir həll modelini tətbiq etməyə çalışmağı reallıqdan qopmuş və ziddiyyətli münasibətdir’, - deyə bəyanatda qeyd olunub.

Nazirlik, həmçinin, Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti adanın reallıqlarına əsaslanan səmimi və konstruktiv münasibət göstərməyə, Kiprdə ədalətli və qalıcı bir sülhü təmin etməyə, Kipr türk xalqı üçün bərabər beynəlxalq statusu qeydə almağa çağırıb.(Apa)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər
15-08-2018, 10:00 26 yaşlı manat...