Saytımızı qiymətləndirin


 
 

THY İdarə Heyətinin sədri istefa verdi
Tarix: 27-01-2022 | Saat: 21:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

THY İdarə Heyətinin sədri istefa verdi

Türk Hava Yollarının (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı tutduğu vəzifədən istefa verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Aycının yerinə İnvestisiya və Texnologiya üzrə baş direktor köməkçisi Ahmet Bolat gəlib.

Qeyd edək ki, İlker Aycı Qazaxıstanda yanvarın əvvəlində yanacağın bahalaşmasından sonra başlayan etirazlar səbəbindən ailəsi ilə bu ölkədə qalıb. O, daha sonra həyat yoldaşı ilə yük təyyarəsi vasitəsilə Türkiyəyə qayıdıb. Aycının komanda yoldaşlarını geridə qoyması tənqidlərə səbəb olub. 

İlker Aycı 2015-ci ildən THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri idi.

 



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70