Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: İkitərəfli komissiya Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını alacaq
Tarix: 27-01-2022 | Saat: 17:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb - "İki sahil"

Soçidə 26 noyabr 2021-ci il tarixində qəbul olunmuş üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı tərəfdaşlarla sıx işləməyə davam edirik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin rəhbərinin müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib.

“Bu bəyanatda Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulub. Əminik ki, komissiyanın formalaşdırılması və delimitasiya prosesinə başlanılması sərhədyanı insidentlərin baş verməsinin qarşısını almağa imkan verəcək və ümumilikdə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vacib töhfə verəcək”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.

O diqqətə çatdırıb ki, profil təmaslarının keçirilməsi planlaşdırılır və bu barədə mətbuata məlumat veriləcək.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər