Saytımızı qiymətləndirin


 
 

“Paşinyan Qarabağ ermənilərini alçaldır“ - Metakse Akopyan
Tarix: 27-01-2022 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Paşinyan Qarabağ ermənilərini alçaldır“ - Metakse Akopyan

 

“Nikol Paşinyan “Artsax”a və “Artsax”dan deportasiya edilənlərə verilən böyük dəstəyi elan etmək fürsətini əldən vermir, lakin müharibədən sonra Ermənistana sığınan “Artsax xalqına” 20-40 min dram yardım göstərmək sadəcə gülüncdür".

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə qondarma rejimin “Ədalət” fraksiyasının “deputatı” Metakse Akopyan açıqlamasında qeyd edib.

“Əvvəla, “Artsax”ı dağıdan adam o pulu öz cibindən vermir, halbuki o, Ermənistanın dövlət büdcəsindən deyil, öz cibindən kompensasiya verməli idi. Nikol Paşinyan Ermənistanda “Artsaxda yaşayan soydaşlarımız arasında” gərginlik yaradır, “Arsaxı saxlamağın” arxasında Ermənistandakı iqtisadi problemlərin dayandığını göstərir.

Keçmişdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu barədə haqlı idi. Nikol Paşinyan isə bir bu məsələdə bir qədər hiyləgərdir”.

Qondarma rejim təmsilçisinin sözlərinə görə, bu gün çoxlu sayda Qarabağ ermənisi Ermənistana gəlib:

“Bu gün “Artsax”da mənzil problemi o qədər ciddidir ki, insanlar hətta zirzəmilərdə yaşayırlar. “Artsax”dan qaçanlar qayıtsalar, yaşamağa zirzəmi belə tapmayacaqlar. Deməli, həmin insanlara Ermənistan hökumətinin dəstək verməkdən başqa çıxış yolu yoxdur.

Amma bu azdır, lazımı dəstək yoxdur, adamlar alçaldılır, guya verilən cüzi yardımı 2 ay uzadırlar. Ermənistanda 40 min dramla mənzil kirayə etmək mümkün deyil. İndiki inflyasiyada 20 min drama, sadəcə 1-2 günlük ərzaq ala bilərsiniz

Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə verilən maliyyə dəstəyini azaltmaqla onları mühacirətə məcbur etmək məqsədi güdür”.

Xatırladaq ki, Qarabağdan qaçan “Ermənistanda məskunlaşan artsaxlılar” cəmiyyətinin üzvləri bu gün hökumət binası qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlar, hökumətin onlara təklfi etdiyi 20 min dramdan imtina etmək üçün ərizə yazmağa hazır olduqlarını da açıqlayıblar. 



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər