Saytımızı qiymətləndirin


 
 

Azərbaycan XİN: "Holokost zəmanəmizin ən dəhşətli cinayətlərindən biridir"
Tarix: 27-01-2022 | Saat: 09:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xarici İşlər Nazirliyi: kim nəyə cavabdehdir? – Novator.az

Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik".

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

 



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər