Saytımızı qiymətləndirin


 
 

Ölmüş kimi qeydiyyata alınan qadının pensiyası bərpa edilib
Tarix: 26-01-2022 | Saat: 20:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ölmüş kimi qeydiyyata alınan qadının pensiyası bərpa edilib

"Bəzi sosial şəbəkə səhifələri və KİV-də Ağcabədi rayon sakini Əliyeva Hamayıl Məmiş qızının vəfat etmiş şəxs kimi qeydiyyata alınaraq pensiyasının dayandırılması barədə yayılan məlumatla əlaqədar bildiririk ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə,
pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir:

"Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb. Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib. Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək" - deyə, o qeyd edib.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər