Saytımızı qiymətləndirin


 
 

"Paşinyan "Qarabağ Azərbaycandır və nöqtə!" deməkdən özünü güclə saxlayır" - Xamoyan
Tarix: 25-01-2022 | Saat: 16:12
Bölmə:Karusel / Region | çapa göndər

“Paşinyan “Qarabağ Azərbaycandır və nöqtə!” deməkdən özünü güclə saxlayır” – Xamoyan

“Paşinyan “Qarabağ Azərbaycandır və nöqtə!” deməkdən özünü güclə saxlaya bilir”.

Qarabaginfo.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə parlamentin “Hayastan” fraksiyasının deputatı Aqnes Xamoyan brifinq zamanı bildirib. O, Baş nazir Nikol Paşinyanın son müsahibələrində Azərbaycan və Türkiyə prezidentlərinin vəkili kimi çıxış etməyə çalışdığını deyib.

“Paşinyan deyir ki, indi Əliyev özünü Ermənistanın 1994-cü ildən sonrakı rəhbərliyi kimi aparır. Doğrudanmı? Biz rəsmi səviyyədə bu qədərmi lovğalanırıq? O, yenə də erməni xalqını sakitləşdirməyə və aldatmağa çalışır ki, Əliyevin bəyanatlarını ciddi qəbul etməsinlər”, – deyə deputat qeyd edib.

Deputat Ermənistan Ali Sovetinin 1992-ci il tarixli qərarını da oxuyub. Və bununla da xatırladıb ki, Qarabağın  Azərbaycanın tərkibinə daxil ediləcəyi ilə bağlı hər hansı beynəlxalq sənəd Ermənistan üçün qəbuledilməzdir.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər