Saytımızı qiymətləndirin


 
 

Norveçdən vətəndaşlarına Ukrayna xəbərdarlığı
Tarix: 25-01-2022 | Saat: 07:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynadakı gərgin və insanların təhlükəsizliyi ilə bağlı gözlənilməz vəziyyəti nəzərə alaraq, Norveç Xarici İşlər Nazirliyi bu ölkəyə səyahətçilər üçün zəruri olmayan bütün səfərlərdən çəkinməyi tövsiyə edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında müvafiq qeyd yerləşdirilib.

“İndi Ukraynaya səyahət etmək qərarına gəlsəniz, öz təhlükəsizliyinizi diqqətlə qiymətləndirməyinizi və etibarlı səyahət sığortanızın mövcudluğundan əmin olmaq üçün sığorta şirkətinizlə əlaqə saxlamağınızı tövsiyə edirik. Əgər siz artıq Ukraynadasınızsa, baş verən hadisələri yaxından izləməyiniz lazımdır. Öz təhlükəsizliyinizi diqqətlə qiymətləndirin, o cümlədən zəruri hallar yoxdursa ölkədən çıxış imkanları haqqında ümumi məlumat əldə edin", - deyə məsləhət qeydində bildirilib.

 



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər