Saytımızı qiymətləndirin


 
 

Əliyev və Ərdoğanın planı işə düşür: “İrəvanın alternativi yoxdur”
Tarix: 25-01-2022 | Saat: 07:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Ərdoğana zəng etdi | Report.az

“Türkiyə Prezidenti Ərdoğan iranlı həmkarı Rəisi ilə telefon danışığında “3+3” formatının Türkiyədə keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb. İran müharibədən sonra bu formata qarşı olsa da, mövcud geosiyasi reallıqla barışmalı oldu”.

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın da daxil olduğu platforma Cənubi Qafqazda - Avropa və Asiya arasında yeni siyasi nizamın formalaşması deməkdir:

“Bu, regionda təhlükəsizliyin təmin olunması baxımından bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan Rusiya faktoruna görə bu platformada yer almayacağını elan etsə də, onun Türkiyədə keçiriləcək toplantıya qatılması gözlənilir. Əsas məsələ bu platformanın işlək duruma gətirməkdir. Bunun isə ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülh müqaviləsinin bağlanmasından aslı olacağını düşünürəm. Hesab edirəm ki, Ermənistan buna getməsə, işlər bir qədər mürəkkəbləşə bilər. Təbii ki, Ermənistanın verəcəyi belə bir qərar onun öz daxilində növbəti siyasi-iqtisadi kataklizmə yol açacaq.

Prezident Ərdoğan və Prezident İlham Əliyevin birgə planı olan bu platforma ilk növbədə Zəngəzur dəhlizinin açılmasını da özündə əks etdirir. Türkiyə Ermənistanla normallaşma prosesinə daxil olub. Ankara Ermənistanı Azərbaycanla da normal münasibətlərə sövq edəcək”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, “3+3” formatının Türkiyədə keçiriləcək görüşündə Ermənistanın mövqeyi bəlli ola bilər:

“Hesab edirəm ki, Ermənistan bu platformada yer alacaqsa, Azərbaycanın şərtlərini qəbul etməlidir. İrəvan üçün bunun alternativi yoxdur”.(Yenisabah)



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər