Saytımızı qiymətləndirin


 
 

Zelenski Ukraynadakı mövcud vəziyyətdən danışıb
Tarix: 25-01-2022 | Saat: 07:01
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Zelenski Ukraynadakı mövcud vəziyyətdən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə və onun ətrafında mövcud vəziyyət nəzarət altındadır, təlaşa səbəb yoxdur.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bunu “Rada” telekanalında Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə çıxışı zamanı deyib.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası yenicə başa çatıb. Bu görüşün nəticəsi media məkanı üçün səs-küylü qərarlar deyil, cəmiyyətimiz və vətəndaşlarımız üçün çox vacib nəticələrdir: hər şey nəzarətdədir, çaxnaşma üçün heç bir əsas yoxdur”, - Zelenski deyib.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər