Saytımızı qiymətləndirin


 
 

Boris Conson karantin dövründə ad günü şənliyi keçirib
Tarix: 25-01-2022 | Saat: 06:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Boris Conson

 

Böyük Britaniyada koronavirusla bağlı sərt karantinin olduğu dövrdə "Downing Street"də (Baş nazirinin iqamətgahı - red) Boris Consona ad günü şənliyi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, "Downing Street" bu gün yayılan xəbərin doğru olduğunu etiraf edib. 20 iyun 2020-ci ildə, İngiltərədə koronavirusla bağlı ilk karantinin olduğu dövrdə Boris Consonun ad gününü qeyd etmək üçün işçilərin toplaşdıqları bildirilib. Ancaq qeyd edilib ki, "Downing Street"də işləyənlər Boris Consonu qısaca təbrik etmək istəyiblər, baş nazir isə yığıncaqda sadəcə 10 dəqiqə iştirak edib.

Qeyd edək ki, Boris Consonun İngiltərədə karantinin mövcud olduğu dönəmdə qaydaları pozmağına dair xəbərlərin ardı kəsilmir. Bundan öncə isə, baş nazirin "Downing Street"in həyətində keçirilən yığıncaqda iştirak etdiyi görüntülər yayılmışdı.(Apa)



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər