Saytımızı qiymətləndirin


 
 

Kubada Rusiya nüvə raketləri?
Tarix: 24-01-2022 | Saat: 23:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya prezidenti Vladimir Putinlə Kuba prezidenti Migel Dias-Kanel Bermudes arasında telefon danışığı olub. Bu barədə Kremlin saytında bildirilir.

Bermudes rusiyalı həmkarına respublikaya göstərilən humanitar yardıma, o cümlədən koronavirus infeksiyası ilə mübarizədə göstərilən dəstəyə görə təşəkkür edib. Qeyd olunur ki, siyasətçilər “strateji tərəfdaşlıq prinsiplərinə və dostluq və qarşılıqlı anlaşma ənənələrinə uyğun olaraq beynəlxalq arenada fəaliyyətlərin əlaqələndirilməsini” müzakirə ediblər.

RİA Novosti yazır ki, Putin və Bermudes arasında danışıqlar Rusiyanın hərbi bazalarının Kubada yerləşdirilməsi ilə bağlı şayiələr fonunda baş tutub. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu təkzib etməsə də, bu məlumat təsdiqini tapmayıb. Ehtimal olunur ki, ABŞ “təxribat törədərsə”, Rusiya “dəniz donanması xətti üzrə tədbirlər” həyata keçirə bilər. Venesuelada hərbi bazaların yerləşdirilməsi də belə bir tədbir hesab olunur. 

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kuba və Venesuela suveren ölkələrdir və onların öz ərazilərində kimin hərbi bazalarını yerləşdirməyə hazır olduqlarına qərar vermək hüququ var. (virtualaz.org)



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər
2-05-2023, 11:05 Masazırda restoran YANDI
26-10-2023, 12:39 Prezident açılış etdi