Saytımızı qiymətləndirin


 
 

İstanbula giriş dayandırıldı
Tarix: 24-01-2022 | Saat: 21:36
Bölmə:Karusel / Region | çapa göndər

İstanbula giriş dayandırıldı

İstanbul şəhərinə avtomagistrallar vasitəsilə giriş dayandırılıb.

Qarabaginfo.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.

Məlumata görə, yağan güclü qar səbəbilə Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.

Bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.

Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilir.(Yenisabah)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər