Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilər
Tarix: 24-01-2022 | Saat: 19:15
Bölmə:Karusel / Region | çapa göndər

 

 

Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilərTürkiyə və Rusiya prezidentlərinin görüşünün nə zaman baş tutacağına Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərindən sonra qərar veriləcək.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Prezidenti regionu tanıyan ən təcrübəli dövlət başçılarından biridir: “Onun təcrübəsi və hər iki tərəflə ortaq nöqtədə olmaq iradəsi hər kəs tərəfindən hörmətlə qarşılanır. Ukraynaya səfər bu böhranda gərginliyin azaldılması baxımından əhəmiyyətli olacaq. Putinlə necə görüşəcəyinə isə Ukrayna səfərindən sonra qərar veriləcək”.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər