Saytımızı qiymətləndirin


 
 

İmtahan tarixləri açıqlandı
Tarix: 24-01-2022 | Saat: 17:05
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.

 

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış olmaq olar:

 

Tarix

İmtahanın adı

İmtahan yeri

5 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi

6 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı

6 mart

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı

Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28

12 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz

13 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri

13 mart

Dövlət qulluğuna qəbul imtahanı (A növü)

Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28

2 və 3 aprel

· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;

· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;

· eksternat qaydasında buraxılış imtahanı (11 illik)

 

 

 

 

Məlumat veriləcək

10 aprel

· Dövlət qulluğuna qəbul imtahanı (B növü)

· Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı

Məlumat veriləcək

16 və 17 aprel

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona)

Məlumat veriləcək

23 və 24 aprel

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona)

Məlumat veriləcək

30 aprel və 1 may

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona)

Məlumat veriləcək

 



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər