Saytımızı qiymətləndirin


 
 

“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur”
Tarix: 24-01-2022 | Saat: 16:40
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur”

 

Bir qrup valideyn Xırdalan şəhəri 2 saylı məktəbdə istiliyin olmamasından şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən valideynlər bildiriblər ki, istilik olmadığına görə yanvar ayı başlayandan övladları dərsə getmirlər: “Bu gün uşaqları dərsə göndərdik ki, bəlkə problem düzələr, ancaq yenə həmin vəziyyətdir. Uşaqlar dərsdə palto ilə otururlar. Müəllim zəng edib deyir ki, gəlin uşaqlarınızı aparın. Direktor da deyir ki, bu məsələ onun səlahiyyətində deyil. Məsələnin həllinə nazirlik kömək etməlidir. Əgər istilik sistemi düzəlmirsə, onlayn dərsə keçilməlidir”.

“Qafqazinfo” məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsinə sorğu göndərib. Təhsil Şöbəsindən cavab olaraq bildirilib ki, ötən həftə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin istilik sistemində bəzi problemlər aşkar olunub: "Aparılan təmir işləri ilə əlaqədar məktəbə istilik müəyyən fasilələrlə verilib. Hazırda təmir işləri yekunlaşıb və məktəb istiliklə tam təmin olunub.



Xəbəri paylaş

244 dəfə oxunub.

Digər xəbərlər