Saytımızı qiymətləndirin


 
 

Pulun varsa, lap 100 mənzilin də ola bilər - Bakıda boş evlər kimə məxsusdur?
Tarix: 24-01-2022 | Saat: 15:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Pulun varsa, lap 100 mənzilin də ola bilər - Bakıda boş evlər kimə məxsusdur?

Bakıda göydələnlərin sayı ilə onların satışı arasında mütənasiblik yoxdur. Bir yandan tikinti sektorunda iş gedir, digər yandan, insanların mənzil tələbatı ödənmir.  Yeni binalarda azsaylı mənzil alıcıları barədə isə bu rəy mövcuddur ki, bu mənzillər bir qrup şəxsə məxsusdur.

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, mənzil bazarında qiymətlər təklif əsasında formalaşır:

“Bazar özü qiymətləri tənzimləyir. Bu bazarda qiymət formalaşdıran amil tələbin və təklifin həcmidir. Tələb çox, təklif az olanda qiymətlər yükək olur.

Hazırda inşaat materialları kəskin bahalaşıb. İnşaat mallarının bahalaşması yeni tikilinin maya dəyərini artırır, bu isə tədricən əvvəllər tikilmiş evlərin, binaların dəyərini ona uyğunlaşdırır.Yəni yeni tikilinin qiyməti baha olduğu zaman köhnə tikili də ona uyğunlaşır”.

“Dünyanın hər bir ölkəsində 50-100 mənzili olan şəxslər var, - deyə iqtisadçı əlavə edib. - Yəni bir insanın 10, 50, 80, 100 mənzili ola bilər. Bu insanın malik olduğu sərvəti hansı formada saxlaya biləcəyi, yerləşdirə biləcəyi və onun bazar iqtisadiyyatının, azad demokratik sistemin təklif etdiyi hüquqdur. Hər kəs öz sərvətinə görə könlü istəyən sayda mənzil ala bilər. Burada heç bir məhdudiyyət yoxdur”.

Xalid Kərimli hər kəsin mənzil sahibi olmasının mümkün olmadığını qeyd edib:

“Bu utopiyadır. Sosializm belə bu prosesi təmin edə bilmədi. Sosializmdən sonra kommunizm gələcəkdi və hər kəs süd-bal içində yaşayacaqdı. Bu utopist cəmiyyətin, ultrasosialist solçuların ortaya qoyduğu konsepsiyadır. İndi ölkənin iqtisadi vəziyyəti, insanların maliyyə durumu yaxşılaşdıqca, hər kəs əlində olan yığımı hara yönəldəcəyinə dair qərar verə bilir. Yəni bu dövlətin və vətəndaşın varlanmasından asılıdır.

Dünyanın ən inkşaf etmiş ölkələrində belə "hər kəsin mənzili olmalıdır" anlayışı yoxdur. Elə ailələr var ki, kirayədə qalmağa üstünlük verirlər. Dünyanın bir nömrəli milyarderi Elon Mask kirayədə qalır. Bu insanların şəxsi seçimidir.

Bazar iqtisadiyatında insanlar daha rahat hərəkət edə bilirlər. Azərbaycan açıq ölkədir. Rayondan, xaricdən bura gələnlər, buradan başqa yerlərə gedənlər var. Mənzilə, kirayəyə tələbatın olması normaldır, hər zaman olacaq. Hər kəsin mənzili olsa yeni tikililərə də ehtiyac olmaz, bazar məhv olar. Bu, mümkün olan proses deyil”.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər