Saytımızı qiymətləndirin


 
 

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalıb
Tarix: 23-01-2022 | Saat: 17:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalıb

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib.

Səfər edənlərin 66,3 faizini kişilər, 33,7 faizi qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər