Saytımızı qiymətləndirin


 
 

Axşam saatlarında Bakıda yolu keçmək cəhdləri: 1 uşaq həlak oldu, 7 yaralı var
Tarix: 23-01-2022 | Saat: 09:33
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda sutkanın qaranlıq vaxtlarında yolu keçən piyadaların avtomobillə vurulması halları artmaqdadır. Ötən axşam daha bir neçə belə hadisə qeydə alınıb, o cümlədən avtomobilin yolu keçən ana və azyaşlı övladlarını vurması nəticəsində bir azyaşlı həlak olub, digərinin vəziyyəti ağırdır.

Təkcə ötən axşam qeydə alınan hadisələr Bakıda yolu keçməyin piyadalar üçün necə riskli və ölümcül təhlükəli olduğunu bir daha göstərir. Belə ki, Yasamal rayonunda avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Məmmədova Gülsanə Məmməd qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Digər hadisə Nərimanov rayonunda qeydə alınıb.  Avtomobil yolu piyada keçidindən keçən 1988-ci il təvəllüdlü Tağıyev Emil Zaur oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Binəqədi rayonunda isə avtomobil yolu keçməyə çalışan 8 yaşlı İsrafilli Tunar Anar oğlunu vurub, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Xətai rayonunda baş vermiş hadisə isə daha dəhşətli olub.  Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

O cümlədən Nərimanov rayonunda daha bir piyada vurulması hadisəsi zamanı 1986-cı il təvəllüdlü Məmmədzadə Sevic Şakir qızı və azyaşlı övladı, 2011-ci il təvəllüdlü Məmmədzadə Samirə Samir qızı mütəlif dərəcədə xəsarətlər alıblar.

Qeyd edək ki, Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların vurulması ilə bağlıdır. Piyadaların yollarda vurulması isə müxtəlif səbəblərdən-sürücülərin sutkanın qaranlıq vaxtlarında sürət rejimini düzgün seçməməsindən və piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmamasından, piyadaların yolu təhlükəli ərazilərdən, piyada keçidləri olmayan yerlərdən keçməsindən və küçələrin işıqlandırılmamasından, yaxud işıqlandırmanın aşağı səviyyədə olmasından qaynaqlanır.(virtualaz.org)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər