Saytımızı qiymətləndirin


 
 

Britaniya XİN başçısının Moskvaya səfərinə icazə verildi
Tarix: 22-01-2022 | Saat: 12:41
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Britaniya XİN başçısının Moskvaya səfərinə icazə verildi

 

Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfəri barədə xahişinə razılıq verib.

Bu barədə Qarabaginfo.az TASS-a istinadən xəbər verir.

“Britaniyanın xarici işlər naziri Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlmək barədə xahiş edib. Moskva səfərin fevralda keçirilməsinə razılıq verib”, - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın XİN başçıları 2017-ci ilin dekabrından Rusiyaya səfər etmirlər.

 

 



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər